Elnarə hind xanımı olub klip çəkdirdi - FOTOLAR
Bizi izləyin

Magazin1

Elnarə hind xanımı olub klip çəkdirdi - FOTOLAR

Müğənni Elnarə Xəlilova yeni klip çəkdirir.

Publika.az xəbər verir ki, Elnarə Xəlilova “Eşq ilə boyan” adlı yeni mahnısına klip çəkdirir. Yeni ekran versiyası barədə hələ heç bir açıqlama verməyən müğənni sosial şəbəkədə çəkiliş meydançasından kifayət qədər şəkil paylaşıb. Müğənninin paylaşdığı şəkillərdən aydın olur ki, o, klip üçün Hindistana yola düşüb.

Kifayət qədər rəngarəng olacaq klipdə müğənninin məşhur hind aktyoru Çatrahan Sinkharı da lentə aldığı ehtimal olunur. Çünki Elnarənin klip çəkilişində paylaşdığı şəkildə məşhur hind aktyoru da görünür.

Müğənni bu dəfə hindli xanım obrazını canlandıracaq. Hindistanda məşhur olan “Rəng festivalı” da klipdə öz əksini tapacaq.

Klipin rejissorluğunu hindistanli Ani İ.V. Sasi edib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm