Murad Arif aparıcılıqla niyə vidalaşır?
Bizi izləyin

Magazin1

Murad Arif aparıcılıqla niyə vidalaşır?

Bəstəkarlıq və müğənnilik fəaliyyətini uğurla davam etdirən Murad Arif aparıcılıq fəaliyyətinə son qoymağa qərar verib.

Publika.az xəbər verir ki, Murad Arif bu haqda sosial şəbəkədə status paylaşıb.

“Son zamanlar ciddi-ciddi televiziya fəaliyyətimi dayandırmağı düşünürəm. Özüm üçün mahnı yazıb-oxumaq məni xoşbəxt edir. 1 il ərzində 2 klip çəkdirdim – “Həyat yoldaşım” və “İnşallah”. İnanılmaz sevgi ilə qarşılaşdım. Olduğum yerdən məmnunam və sırf bu yolu inkişaf etdirmək istəyirəm. Yaşamağa yalnız bir həyat verilirsə, arzularımı gerçəkləşdirmək ən önəmlisi deyilmi? İnşallah, xeyirlisi”.

Murad Arif yazdıqdan bir neçə dəqiqə sonra statusunu silib.

Qeyd edək ki, hazırda o, “Lider” telekanalında “Solo” verilişinin aparıcısıdır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm