50 ilin “Sehrli xalat"ı üzə çıxarıldı... - VİDEO
Bizi izləyin

Magazin1

50 ilin “Sehrli xalat"ı üzə çıxarıldı... - VİDEO

Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyinə həsr olunmus “50 illik sehr” sənədli filminin təqdimatı olub.

Publika.az xəbər verir ki, “Kanal–S” Televiziya Şirkətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Xalq artisti Nuriyyə Əhmədovanın xatirəsi yad edildi. Xalq artisti ilə olan görüşdən kadrlar nümayiş olunub.

Tural Tural Səmədovun ideya müəllifliyi əsasında rejissor Mais Zeynalovun çəkdiyi “50 ililik sehr” sənədli filmində “Sehrli xalat”da çəkilən aktyorların xatirələri və filmdən fraqmentlər tamaşaçıları o dövrlərə qaytarıb.

Filmdən sonra çıxış edənlər filmin rejissoru Əlisəttar Atakişiyevi, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç və Hüseynağa Sadıxov kimi sənətkarlarları yad ediblər.

Filmdə çəkilmiş aktyorların, Zərifə obrazını yaratmış S.Hətəmovanın, Y.Şeyxovun, A.Mustafayevanın, çəkilişlər haqqında xatirələri maraqla qarşılanıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm