Miri Yusif Funda Ararla görüşmək üçün Türkiyəyə gedir - VİDEO
Bizi izləyin

Magazin1

Miri Yusif Funda Ararla görüşmək üçün Türkiyəyə gedir - VİDEO

Sevilən sənətçi Miri Yusif yaradıcılığı və ailəsi haqqında eksklüziv açıqlamalar verib.

Publika.az Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə istinadən bildirir ki, tanınmış ifaçı türkiyəli müğənni Funda Ararın onun "Bağışla" mahnısını icazəsiz ifa etdiyinə görə Türkiyəyə yollanacaq.

Miri Yusifin sözlərinə görə, mətni və musiqisi özünə aid olan “Bağışla” mahnısını Funda Ararın ifasında çox bəyənib:

“Amma mənim haqqımı tapdaladılar. İstəyirəm ki, bu mahnının hər təqdimatında müəllif kimi mənim adım səslənsin, klipdə adım yazılsın. Bununla bağlı yaxın günlərdə Türkiyəyə gedəcəyəm. Orada Funda Ararla görüşdükdən sonra böyük ehtimalla, istəyimə nail olacağam, haqqım geri qaytarılacaq. Mən pul dalınca qaçmıram, yetər ki, müəllif kimi adımı hallandırsınlar".

Miri Yusif ailəsindən də söz açıb:

"Uğurumun sirri mənim övladlarımdır. Keçmişdə belə böyük uğurlarım olmayıb, çünki o zaman övladlarım yox idi, çox sevdiyim gözəl xanımım da yox idi. Bütün bunlar həyatımda olduqdan sonra uğurlarım daha da çoxaldı. Oğlumu çox istəyirəm, amma hər atanın öz qızına qarşı sevgisi tam başqadır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm