• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ayan Nadirə “Xəyanətkar” dedi - VİDEO

  • Magazin1
  • 22 Oktyabr 2015 11:30
  • 550 Baxış
Ayan Nadirə “Xəyanətkar” dedi - VİDEO

Müğənni Ayan Babakişiyeva həmkarı Nadir Qafarzadə ilə ikinci duetini təqdim edib. Musiqisi Rövşən İlknuriyə məxsus mahnı “Xəyanətkar”adlanır.

Qeyd edək ki, bu, Ayanla Nadirin ikinci duetidir. İki il öncə “Sənin üçün” adlı mahnını birgə səsləndirən sənətçilər ilk duetin yüklənmə və dinləmə sayına görə rekord vurmuşdular. Mahnı 6 milyon baxış sayı ilə “İlin dueti” olmuşdi.

Publika.az xəbər verir ki, Ayan yeni duetlə köhnə rekordu təzələyəcəklərinə inandığını söyləyib: “İlk duetimiz hələ də sevilir və dinlənilir. Nadirlə yeni uğura imza atmaq istədik və “Xəyanətkar” ərsəyə gəldi”.

Duet barədə müğənni N.Qafarzadə də öz fikirlərini bölüşüb:

“Sənin üçün” mahnısı çox sevildi və deyərdim ki, “YouTube” şəbəkəsində yaxşı baxış sayı yığdı. Bu mahnıdan sonra növbəti dəfə duet oxumaq qərarına gəldik. Bu gündən dinləyicilərimizin ixtiyarına verdiyimiz “Xəyanətkar”ın da seviləcəyinə ümid edirik”.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR