Faiq Ağayev 20 il əvvəlki imicinə qayıtdı - VİDEO
Bizi izləyin

Magazin1

Faiq Ağayev 20 il əvvəlki imicinə qayıtdı - VİDEO

Hər zaman fərqli görkəmdə olan xalq artisti Faiq Ağayev 20 il əvvəlki imicinə dönüb.

Publika.az xəbər verir ki, Faiq Ağayev bu haqda ATV telekanalına müsahibəsində bildirib:

“1996-cı ildəki imicimdəyəm. Zövq də, dəb də illər sonra təkrarlanır. Tağ saxlayanları ələ salırdılar ki, tağ ayırır. Amma indi tağ dəbə minib”.

Xalq artisti həmçinin, hər zaman müzakirə olunan qaşlarının alınması və sırğa taxması məsələsinə də münasibət bildirib:

“Öz gözündə böyük qüsur görməyən insan başqasının qaşında tilişkə axtarır. Ağlına nə gəlibsə, onu deyir. Hər hürənə yol versən, yolu keçə bilməzsən axı. Vətənə, valideynə sevgidə, böyüyə, sənətə münasibətdə mənə heç kəs qüsur tuta bilməz. Mən nə falş oxumuşam, nə də mahnılarımda, kliplərimdə Azərbaycan incəsənətinə ziyan gətirəcək mövzu qabartmışam. Məndən danışanlar yox, tarixdə mən qalacağam. Mənim mahnılarım qalacaq”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm