• USD 1,7352 0,00% EUR 1,8425 -0,53%
    • GBP 2,1552 -0,71% RUB 0,0297 -1,35%

Xoşqədəm efirə qayıdır

  • Magazin1
  • 27 Oktyabr 2015 13:15
  • 2 492 Baxış
Xoşqədəm efirə qayıdır

Bu il oktyabrın 5-də Milli Teleradio Şurasının qərarı ilə (MTRŞ) ANS telekanalında efirə gedən “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişləri 1 ay müddətinə efirdən kənarlaşdırılıb. Bağlanan hər iki verilişə tətbiq olunan sanksiyadan 20 gündən çox vaxt keçib.

Maraqlıdır, verilişlər yenidən efirə qayıdacaqmı?

ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov Publika.az-a açıqlamasında verilişlərin mütləq efirə qayıdacağını bildirib:

“Əlbəttə, qayıdacaq! Xoşqədəm xanım çox güclü jurnalistdir. Verilişin efirə getmədiyi müddətdə bir torba məktub gəlib. Hamısı öz problemlərinin işıqlandırılmasını və verilişin dayanmasından narahatlığını ifadə edir. Xoşqədəm Hidayətqızı ANS-in işçisidir və o, işini hazırda ANS-də davam etdirir”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı ANS TV-də həftə içi 5 gün “Sən tək deyilsən”, həftədə bir gün isə “Xoşqədəmlə axtarıram səni” adlı layihələrin aparıcısıdır.

İsa Şükürov

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR