Rusiyalı məşhurlar Müslüm Maqomayevi yad edib - FOTO
Bizi izləyin

Magazin1

Rusiyalı məşhurlar Müslüm Maqomayevi yad edib - FOTO

Azərbaycanın əfsanəvi musiqiçisi Müslüm Maqomayevin vəfatının 7-ci ili tamam olub. Rusiyanın incəsənət xadimləri dahi musiqiçini yad ediblər.

Publika.az xəbər verir ki, anım mərasimində Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya, Müslüm Maqomayev incəsənət-musiqi varisi fondunun təsisçiləri Araz və Emin Ağalarovlar, dahi musiqiçinin dostları: İqor Krutoy, Lev Leşenko, Yuli Qusman, Vladimir Vinokur, Eldar Ryazavov və digər tanınmış simalar iştirak ediblər.

Mərasimin sonunda dahi azərbaycanlı musiqiçinin xatirəsinə həsr olunmuş “Müslüm Maqomayev: Birinci şəxsdən” adlı sənədli film nümayiş olunub.

Filmin prodüseri Emin Ağalarov, rejissoru isə Mehdi Məmmədovdur.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm