• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Natəvan” operasının tamaşası nümayiş olundu

  • Magazin1
  • 1 Noyabr 2015 10:15
  • 258 Baxış
“Natəvan” operasının tamaşası nümayiş olundu

Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli bəstəkar Vasif Adıgözəlovun üçpərdəli “Natəvan” operası nümayiş olunub.

Publika.az xəbər verir ki, tamaşa Azərbaycan Prezidentinin “Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

Bir sıra xarici qonaqların da nümayişinə qatıldığı tamaşada Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və fəaliyyəti, onun yaradıcılığı fonunda Qarabağda uzun əsrlər boyu hakimiyyət uğrunda gedən mübarizələr, bu yurdun insanları, ab-havası, musiqi və rəqsləri təsvir olunub.

Tamaşanın musiqi rəhbəri və dirijoru, xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rejissoru Azərbaycanın və Özbəkistanın xalq artisti Firudin Səfərov, quruluşçu rəssamı xalq Rəssamı Tahir Tahirovdur.

Tamaşada teatrın aparıcı solistlərindən xalq artistləri Azər Zeynalov, Şahlar Quliyev, Mənsum İbrahimov, Nəzakət Teymurova, əməkdar artist Zemfira İsmayılova və başqaları çıxış ediblər.

Xatırladaq ki, opera ilk dəfə teatrda 2003-cü ildə səhnələşdirilib.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR