Məşhur rejissorun məşhur xanımı: “Hədiyyələr gözləyirəm”
Bizi izləyin

Magazin1

Məşhur rejissorun məşhur xanımı: “Hədiyyələr gözləyirəm”

Xalq aristi, tanınmış aktrisa Elmira Şabanovanın yubileyidir.

“Xanımdan yaş soruşmazlar” deyimini nəzərə alıb gözəl aktrisamızı yaşla bağlı sorğu-suala tutmaq istəmədik. Sadəcə, bu yaşda özünü necə hiss etdiyi, kimdən hədiyyə gözlədiyi ilə maraqlandıq.

Aktrisa doğum günü sevincini Publika.az-la bölüşdü:

“Əvvəllər doğum günlərimi bahalı restoranlarda təmtəraqla qeyd edirdim. Amma bu il qeyd etməyəcəm. Doğmalarımı başıma yığıb, xoş günümü qeyd edəcəm. Nə gizlədim, onlardan hədiyyələr gözləyirəm. Xüsusən də, Rusiyada yaşayan oğlum Fuaddan, qızımdan, nəvəmdən. Arzularım çoxdur, filmlərdə çəkilmək istəyirəm. Özümü həmişəcavan hiss edirəm”.

Həmişəcavan aktrisamızı biz də ürəkdən təbrik edirik.

Qeyd edək ki, Elmira Şabanova “Təhminə”, “Özgə vaxt”, “Gecə qatarında qətl”, “Əlvida, cənub şəhəri”, “Qəm pəncərəsi”, “Səhər”, “40-cı qapı” və digər filmlərdə rol alıb.

Qeyd edək ki, E.Şabanova xalq artisti, görkəmli rejissor Rüfət Şabanovun həyat yoldaşıdır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm