Azərbaycanlı müğənni: “Yüz kişinin içindən onu seçdim”
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənni: “Yüz kişinin içindən onu seçdim”

Gənc müğənni Şölə Səfərəliyeva çoxdan gözlənən klipini təqdim edib. O, sözlərinə musiqi bəstələdiyi “Ürəyimdə” adlı mahnısına ekran həyatı verib.

Müğənni Publika.az-a açıqlamasında tərəf-müqabil seçimindəki çətinliklərdən danışıb. Nəhayət, aylarla davam edən sınaq çəkilişləri mərhələsindən sonra istəyinə nail olub:

“Klipdə tərəf-müqabilimi seçmək mənim üçün əməlli-başlı problemə çevrildi. Bilmirdim kimi seçim. Ona görə də, sosial şəbəkələrdə aksiya keçirdim. Kastinqə qatılan yüzlərlə kişi oldu. Çox maraqlı iştirakçılar var idi. Hətta elə xanımlar vardı ki, klipə nişanlılarının və ya həyat yoldaşlarının çəkilməsini istəyirdilər. Amma ən çox diqqətimi İlqar Azero çəkdi. Ona görə hətta klipin çəkilişlərini yubatdıq. Həmin vaxt İlqar Azərbaycanda deyildi”.

Xatırladaq ki, İlqar Azero “Azəryol” voleybol klubunun meneceridir.

Qeyd edək ki, bir neçə ildir solo fəaliyyət göstərən Şölə Səfərəliyeva uşaqlıqda “Bəri bax” uşaq kvartetinin, hazırda isə “Qaya”nın solistidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm