İlhamə sevgi filminə çəkilməkdən niyə imtina etdi?
Bizi izləyin

Magazin1

İlhamə sevgi filminə çəkilməkdən niyə imtina etdi?

Müğənni İlhamə Qasımova da özünü aktrisa kimi sınamaq fikrindədir.

Publika.az xəbər verir ki, o, yaxın günlərdə “Qız atası” serialında çəkiləcək. Komediya filmlərinə çəkilməkdən xoşlandığını deyən İlhamə lirik-romantik rollardan qaçır. Səbəbini isə belə izah edir:

“Bu yaxınlarda mənə romantik bir rol təklif etdilər, imtina etdim. Çünki belə rollar mənə görə deyil. Rejissor dedi ki, sevgi dolu baxışlarla tərəf müqabilinə baxmalısan, məni gülmək tutdu. Dedim ki, bu, məndə alınmır. Amma komik filmlərə böyük məmnuniyyətlə çəkilərəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm