Magazin1
Ölüm xəbəri yayılan aktyor DANIŞDI
Əməkdar artist Məcnun Hacıbəyovun səhhəti əvvəlki günlərlə müqayisədə yaxşıdır.
Bu barədə “Report”a açıqlamasında o, özü məlumat verib.
“Düzdür, başım hərlənir, özümü pis hiss edirəm. Amma nisbətən yaxşıyam”, - aktyor bildirib.
Əməkdar artist hazırda evində olduğunu deyib: “Mən tək yaşayıram. Mənə heç nə lazım deyil, dərmanım, hər şeyim var”.
M.Həcibəyov yanına gəlib-gedənin olmadığını da əlavə edib: “Mənə baş çəkməyə ancaq yayda gəlirlər”.
Qeyd edək ki, bu gün 81 yaşlı aktyorun ölüm xəbəri yayılıb.
O, 1935-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Aktyor “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.
Aktyor 2010-cu ildən İkinci Nügədi kəndində yaşayır.
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar