Səmra Rəhimlinin ilk məşqi baş tutdu – FOTOLAR/VIDEO
Bizi izləyin

Magazin1

Səmra Rəhimlinin ilk məşqi baş tutdu – FOTOLAR/VIDEO

“Eurovision” təmsilçimiz Səmra Rəhimli səhnəyə 5 "back-vokal"çı ilə çıxacaq.

Publika.az xəbər verir ki, İsveçdə keçiriləcək müsabiqədə ölkəmizi təmsil edəcək Səmra Rəhimli “Eurovision” səhnəsində 5 "back-vokal"çı ilə çıxacaq. Onlardan 4-ü səhnədə Səmra ilə birikdə rəqs edəcək. Komandadakı əsas back-vokalçı isə ölkəmizdə son illərdə elektronik musiqi janrında bir çox uğura imza atmış Diana Hacıyevadır.

Azərbaycanın bu ilki səhnə tərtibatı “Alisa Möcüzələr Ölkəsində” adlı əsərə əsaslanır. Lakin rejissor əsərə daha müasir və fərqli üslubda yanaşıb. Səhnə tərtibatının müəllifi 2009-cu ildə Aysel və Araşın Müsabiqədə 3-yeri tutmuş çıxışının da rejissoru olan Royn Söderluntdur. “Miracle” 2009-cu ildən bəri Azərbaycanın müsabiqəyə göndərdiyi ilk orta-templi ballada olduğu üçün ilk dəfəki uğur nəzərə alınaraq səhnə tərtibatı yenə də məşhur rejissora etibar edilib.

Səmra səhnədə iki qadın və iki kişi olmaqla dörd rəqqas tərəfindən müşayiət olunacaq. 21 yaşlı ifaçımız Səmranın özünəməxsus ifa tərzi, xarizması və gözəlliyinə heyran olan isveçli rejissor mahnı və səhnə tərtibatı haqqında öz fikirlərini bölüşüb: “Bu mahnı sadəcə sevgi münasibətinin bitməsi haqqında deyil. Biz burada mahnı ətrafında müsbət emosiyalar yaratmaqla izləyicilərə ümid aşılamağa da çalışmışıq”.

Arxa fondakı video isə müasir, abstrakt və emosianal fiqurların şəbəkəsindən ibarətdir. Dinamik işıq oyunları və piro-effektlər isə nömrəni daha da gücləndirir. Yüksək səviyyədə təşkil olunmuş kamera işi Səmranın möhtəşəm ifasının həmişə diqqət mərkəzində qalmasına xidmət edir.

Elə bu gün Səmranın Android və iOS sistemləri üzərində qurulmuş “Miracle Team” tətbiqetməsi də işə düşəcək! Bununla yanaşı olaraq, tətbiqetmə və Youtube-da yayımlanacaq Miracle TV də fəaliyyətə başlayır. Səmra və kanalın digər aparıcısı avstraliyalı komediyaçı Luis Zezeran hər gün izləyicilərə Səmranın Stokholmdəki hazırlıq prosesi barədə ətraflı məlumat verəcək və hətta onların Eurovision-a bilet qazanaraq İsveçdəki #Miracle Team-ə qoşulması fürsətini yaradacaq.

Səmra bu gün günorta saatlarında Stokholmda “Globen Arena" səhnəsində ilk məşqlərini edib. Səmra Rəhimlinin səhnə kostyumu da artıq bəllidir. O, səhnəyə qızılı və gümüşü rəngli kostyumda çıxacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm