Röya hədələdi: “Məhkəmə olacaq” – VİDEO
Bizi izləyin

Magazin1

Röya hədələdi: “Məhkəmə olacaq” – VİDEO

Əməkdar artist Röya Ayxanın onunla selfi çəkdirmək istəyən oğlan fanatına arxasını çevirməsi qalmaqal yaradıb.

Müğənni bu barədə İnstagram səhifəsində yazıb. O, həmin oğlanla dost olduğunu bildirib: “Baxın, bu da oğlanın özü. Bizim münasibət və ortada olan sevgi gözəldir. Sadəcə, qıraqdan kim çəkibsə, o bunu öz adına layiq təqdim etdi. Vladik, sənə görə, az qala, məhkəmə olacaq”.

Müğənni toyda oxuyarkən bir gənc səhnənin qarşısına gəlib, onunla selfi çəkdirmək istəyib. Röya Ayxan isə həmin an oğlana arxasını çevirib.

Bu görüntünü əks etdirən video sosial şəbəkədə birmənalı qarşılanmayıb. Fanatları Röya Ayxanı bu addımına görə qınayıblar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm