Magazin1
İlhamə Quliyevanın oğlu əməkdar artistə 4500 pul atıb - İDDİA
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan
Nadirov əməkdar artist Firuzə İbadovaya 7 min manat pul
atıb.
Bu barədə müğənni Əli Mirəliyev deyib. O, bildirib ki, Orxan bu
pulu F.İbadovanın qızını işə düzəltmək məqsədi ilə alıbmış: “Orxan
dostu Vüqarla birgə Firuzə xanımdan 7 min manat pul alıb ki, qızını
işə düzəldəcək. Həmin pulun 2500 manatını qaytarıb, amma 4 min
manatdan çox pul borcludur. Firuzə xanım dəfələrlə bizim evə zəng
edib, deyib ki, “İlhamə xanım həyatda yoxdur. Pulumuzu kimdən
alaq?” Qızım da deyib ki, sən bilmirsən ki, Orxan İlhamənin oğlu
deyil? Onun işləri tək bununla bitmir. Çox insanları aldadıb. Mənə
maraqlıdır ki, dayısının arvadı Sevil xanım onun üzünə duranda ki,
“Sən filan iş adamlarına pul atmısan”. Bu nə cavab verəcək? Özü də
ki, Orxangil bir qrupdur. Qruplarının başçısı da Orxanın həyat
yoldaşı Arifədir. Burada jurnalistlərin, mətbuatın bilmədiyi
məsələlər var”.
Məsələyə aydınlıq gətirmək üçün əməkdar artist Firzuə İbadovayla
əlaqə saxladıq. O, isə sualımızı eşidib, əsəbiləşdi: “Mən bu barədə
çox danışmayacam. Çox vaxt susuram. Yenə də susacam. Bircə onu
deyim ki, pulumu, haqqımı, hər şeyimi Allaha həvalə etmişəm. Tanrı
hər şeyi gec-tez yoluna qoyacaq. Mənim pulumu, halallığım olmadan
nə ölü, nə də diri rahat yeyə bilməyəcək. Bu qədər”.
Qeyd edək ki, O.Nadirov F.İbadovaya 4500 manat pul borcludur. (lent.az)
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK