İlhamənin oğlu: “Bəyəm mən nazirəm...”
Bizi izləyin

Magazin1

İlhamənin oğlu: “Bəyəm mən nazirəm...”

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun əməkdar artist Firuzə İbadovaya qızını işə düzəltmək adıyla 7 min manat pul atması ittihamı qarşı tərəfi özündən çıxarıb.

Əli Mİrəliyev tərəfindən irəli sürülən ittihamlara O.Nadirov Publika.az vasitəsi ilə aydınlıq gətirib:

“Əlinin ağlı tamamən çaşıb. Mən yaşına görə ona hörmət edirdim, amma indən belə bir qram da ona hörmət etməyəcəm. Ağzına gələni danışır, deyir ki, güya mən kiməsə pul atmışam, kimisə işə düzəltməyi boyun olmuşam. Ay başınıza dönüm, məgər mən nazirəm, məmuram ki, kimisə işə düzəldim? Həyat yoldaşımı da bu işə qarışdırır, mən artıq əsəblərimi cilovlaya bilmirəm. O şəxs məhkəmədə mənimlə qarşılaşmalı olacaq”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm