"Cem Yılmazla müqayisə olunmaqdan bezmişəm"
Bizi izləyin

Magazin1

"Cem Yılmazla müqayisə olunmaqdan bezmişəm"

Bu gün Nizami Kinoteatrında Tanınmış yumor ustası Fərda Xudaverdiyevin "Selfinaz" adlı konserti baş tutub.

Publika.az xəbər verir ki, yumorist konsert barədə təəssüratlarını bölüşüb: "İki ildir ki, konsertə ciddi hazırlaşıram, yaş məhdudiyyəti var, 16 yaşdan aşağı şəxslər içəri buraxılmayacaq. Bütün mövzular həyatdan götürülüb. Onları hamı yaşayıb. Elə şeylər tapmışıq ki, ona gülməmək mümkün deyil. Əsas tənqid hədəflərim bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələrdir, bir də məişət mövzularuna toxunmuşam".

Aktyor qınaq obyekti olmaqdan qorxmadığını da bildirib: ""Gecə qonağı" filminə çəkiləndə qınaq obyekti olacağımızı bilirdim, amma çəkildim. Tənqiddən qorxan insan deyiləm, onsuz da özləri heç bir iş görməyənlər danışmağa həmişə bir bahənə tapır".

Fərda Xudaverdiyev Cem Yılmazla müqayisə olunmasına da aydınlıq gətirib: "Stand-up teatr janrının ölkəmizdə sevilməsi üçün əlimdən gələni edirəm, buna nail olacağımdan əminəm. Məni tez-tez Cem Yılmazla müqayisə edirlər. Lakin qeyd etməliyəm ki, onunla müqayisə edilməkdən yorulmuşam və bezmişəm. Buna baxmayaraq, səhnənin tərtibatını Cem Yılmazın konsertlərindəki dekorla oxşar olmasını istədim. Bununla da stand-up janrında onlardan heç də geri qalmadığımı göstərmək istəmişəm. Cem Yılmazın sənətinə və özümə böyük hörmətim var, əfsuslar olsun ki, mən çıxışlarımda onun qədər rahat danışa bilmirəm. Bunun da səbəbi bizim mental olaraq bəzi stereotipləri qıra bilməməyimizdir. Bu konsert +16 etməklə onu qırmağa çalışmışıq".

Yumor ustası sənət dostlarına dəvətnamə vermədiyini bildirib. "Bu konsertin marağında olan insanlar, çıxışlarıma baxıb gülmək istəyən sənət dostlarım və şou əhli özləri bilet alıb gəlib, heç kimə dəvətnamə verməmişəm".

Konserti izləməyə gələnlər arasında aktyorun ailə üzvləri və həyat yoldaşı da olub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm