• USD 1,7008 +0,01% EUR 1,9972 -0,29%
    • GBP 2,1893 -0,72% RUB 0,0284 0,00%

“Onlara çayxana səviyyəsində filmlər lazımdır” - Kənan M.M dünya ulduzlarına səsləndi

“Onlara çayxana səviyyəsində filmlər lazımdır” - Kənan M.M dünya ulduzlarına səsləndi

Kənan M.M tədbirlərində birində yaradıcılığı və boşanması haqqında gəzən şayiələrə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, rejissor müğənnilərin özünü aktyor kimi sınamasına münasibət bildirib: “Bu, dünya praktikasında da tətbiq olunur. Səbəb isə müğənnilərin tamaşaçı auditoriyası və izləyicisinin çox olması ilə bağlıdır. Lakin baş rolda Beyons, Cennifer Lopez və ya Rihanna kimi dünya şöhrətli müğənnilərin çəkilməsindən asılı olmayaraq, o filmlər tarixdə qalmır. Bu, o demək deyil ki, müğənnilərin aktyorluq istedadı yoxdur, sadəcə insanlar onları ifaçı kimi tanıyıb və seviblər. Ümumiyyətlə bunu riskli addım hesab edirəm. Şəxsən mən heç bir müğənnini filmdə çəkilməyə dəvət etmərəm. Müğənniləri aktrisa kimi görmək arzusu ola bilər, amma onların peşəkar aktyor kimi rollarının öhdəsindən gələcəyinə heç kim zəmanət vermir”.

Tanınmış rejissor və aktyor “Gecə qonağı” filmindəki açıq-saçıq səhnələrə görə, tənqid olunmasına da münasibət bildirib: “Deyilən tənqidləri sağ qulağımdan alıb, sol qulağımdan buraxdım. Əgər keyfiyyətsiz insanların dediklərinə qulaq assaydım, indi mən burada olmazdım. Ümumiyyətlə, bir film hələ də müzakirə olunursa, səs-küy doğura bilibsə, insanlar onun haqqında danışırlarsa, demək ki, sən nəsə etmisən. “Gecə qonağı” filminin ikinci hissəsini də çəkməyə qərar vermişdik, lakin sonradan fikrimdən vaz keçdim. Tamaşaçı məni sındırdı, çox təəssüflər olsun ki, Azərbaycan tamaşaçısına komediya, ya da çayxana səviyyəsində olan filmlər lazımdır. Bundan sonra mən də belə filmlər çəkəcəyəm, çünki pul onlardan çıxır. Onu da vurğulayım ki, sonuncu çəkdiyim “Qayıdış filmini artıq xarici kanallar istəyib. Bu mənim üçün böyük uğurdur. Tək mənim üçün yox, bizim filmlərin başqa ölkələrdə tanınması üçün yaxşı fürsətdir”.

Rejissor boşanması haqqında gəzən şayiələr də aydınlıq gətirib. “Heç kəs narahat olmasın, boşanmamışam. Film təqdimatlarında, dəvətlərdə həyat yoldaşımla görünməyi, şəxsi həyatımla gündəmə gəlməyi xoşlamıram. Hər halda 3 uşaq sahibi olanlar məni yaxşı başa düşər”.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR