Əməkdar artistə buna görə TƏCİLİ pul lazımdır
Bizi izləyin

Magazin1

Əməkdar artistə buna görə TƏCİLİ pul lazımdır

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyevin səhhəti getdikcə pisləşir. Aktyor yaxın zamanlarda əməliyyat olunmasa, kor olmaq təhlükəsi ilə üz-üzə qalacaq.

Bu barədə Publika.az-a V.Əliyev özü açıqlama verib: “İki gözümün ikisi də görmür. İki addımı seçə bilmirəm, yanımda adam olmasa gəzə bilmirəm. Həkimlər təcili əməliyyata qərar verib. Amma bunun üçün 1500 manat lazımdır. Gərək aldığım məvacibləri 7 ay üst-üstə yığım ki, bu əməliyyata gedə bilim. İllərboyu səhnədə can qoyan bir aktyoram, indi bu sözlərə görə xəcalət çəkirəm. Gözümü əməliyyat etdirmək üçün pul tapa bilmədiyim üçün özüm-özümü danlayıram. İndi də kor olmaq təhlükəsi ilə üz-üzəyəm”.

Aktyor bu vəziyyətdə səhnəyə çıxdığını da deyib: “Bu yaxınlarda teatrda “Şeyx Sənan” tamaşasında oynayacam. Səhnədən üç-dörd metr yüksəklikdən pilləkənla düşməliyəm. Həmkarlarıma tapşırmışam ki gözləri üstümdə olsun, yoxsa yıxılıb, təhlükə ilə üzləşərəm. Mən də əməliyyat olunub, normal səhnə həyatımı davam etdirmək istəyirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm