Magazin1
Xərçəngdən dünyasını dəyişən aktrisamızın doğum günüdür
Bu gün əməkdar artist, mərhum aktrisa Xanım Qafarovanın doğum günüdür.
Publika.az xəbər verir ki, Xanım Qafarova 1967-ci ildə anadan olub. Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında çalışıb. 1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olub. Hələ ikinci kursda oxuyarkən “Tənqid-Təbliğ” teatrında işləməyə başlayıb. Bu teatr Xanım Qafarovanın yaradıcılıq həyatında xüsusilə böyük əhəmiyyət kəsb edib, ona sənətin sirrlərini daha dərindən öyrədərək, gənc aktrisanı mürəkkəb xarakterli obrazların yaradıcısı kimi püxtələşdirib.
1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alıb. Geniş yaradıcılıq imkanları, məhsuldar işgüzarlıq mühiti olan bu sənət ocağında istedadlı aktrisa “O olmasın bu olsun”da Gülnaz, “On min dollarlıq keyf”də Bağdagül, “Nəğməli könül”də Könül, “Hərənin öz ulduzu”nda Məleykə, “Səhnədə məhəbbət”də Röya, “Bankir adaxlı”da Məleykə, “Məhəbbət oyunun”da Qəmər rolu ilə özünə minlərlə pərəstişkar qazanıb.
Aktrisa 2014-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.
Cəvahir
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO