Azərin 45 yaşını qeyd edir
Bizi izləyin

Magazin1

Azərin 45 yaşını qeyd edir

Bu gün müğənni Azərinin doğum günüdür.

Publika.az xəbər verir ki, müğənni 1971-ci ildə Bakıda doğulub.

Azərinin ilk solo albomu 2001-ci ildə Qazaxıstandakı “Asiyanın səsi” müsabiqəsindən sonra işıq üzü görüb. Bu diskin, həmçinin 2004-cü ildə çıxan diskin repertuarına korifey sənətkarların mahnıları və xarici klassik musiqi nümunələri daxil edilib.

Sənətçi ailə qurması ilə bağlı bir müddət Türkiyədə yaşayıb. Sonradan Bakıya qayıdan müğənni səhnə fəaliyyəti ilə bərabər “TRT Avaz”da aparıcı kimi də özünü sınayıb.

Azərin 2006-cı ildə əməkdar artist, 2015-cı ildə xalq artisti fəxri adına layiq görülüb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm