• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Səmra Rəhimli “Eurovision 2016”in finalında - FOTO

  • Magazin1
  • 11 May 2016 01:16
  • 1 808 Baxış
Səmra Rəhimli “Eurovision 2016”in finalında - FOTO

Azərbaycan təmsilçisi uğurlu çıxışı ilə hamını sevindirib. Stokholmda “Bir araya gələk” devizi altında keçirilən 61-ci “Eurovision 2016” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatıb.

Publika.az xəbər verir ki, “Globe” arenada keçirilən birinci yarımfinalda 18 ölkənin təmsilçiləri çıxış edib. Azərbaycan təmsilçisi Səmra Rəhimli səhnəyə 14-cü çıxaraq "Miracle" mahnısnı ifa edib. Təmsilçimiz finala vəsiqə qazanıb.

“Globe Arena” səhnəsində yarışan 18 ölkə təmsilçisindən yalnız 10-u mübarizəni finalda davam etdirmək imkanı qazanıb.

Gecənin sonunda bugünkü iştirakçılardan finala keçən öklələrin adları məlum olub: Rusiya, Macaristan, Niderland, Xorvatiya, Avstriya, Ermənistan, Çexiya, Kipr və Malta. Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır.

Qeyd edək ki, ikinci yarımfinal mayın 12-də, “Eurovision 2016”-ın finalı isə mayın 14-də baş tutacaq.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>