Gülay Eldənizlə küsülü imiş
Bizi izləyin

Magazin1

Gülay Eldənizlə küsülü imiş

Müğənni Gülay Zeynallı küsülü olduğu həmkarlarından danışıb.

Axşam.az-a açıqlama verən ifaçı Eldəniz Məmmədovla yeni barışdıqlarını deyib: “Adımın qalmaqalda hallanmasını sevmirəm. Kimdənsə küsəndə onu gündəmə gətirmirəm. Heç kim bilmir ki, mən Eldənizlə küsülü idim. Bu yaxınlarda barışdıq. Allah insana dil, düşüncə, göz verib. Sözümüz kiminsə boğazından keçməyə bilər. Ona görə də hər problemi danışıb yoluna qoymaq lazımdır. Biz də danışıb yoluna qoyduq”.

G.Zeynallı bir vaxtlar əkiz bacılar Sevil və Sevincdən küsməsi ilə bağlı sualları da cavablandırıb: “Arada küsülülüyüm olmuşdu. Amma indi münasibətlərimiz yaxşıdır. Mən yekəxana insan deyiləm, elələrini də sevmirəm. Danışmadığım insana belə yaxınlaşıb, salam verirəm. İnsanlara hörmətlə yanaşıram və hamıdan da eyni hərəkəti gözləyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm