Ermənistanın "Eurovision"da növbəti TƏXRİBATI - VİDEO
Bizi izləyin

Magazin1

Ermənistanın "Eurovision"da növbəti TƏXRİBATI - VİDEO

Ermənistanın "Hayastan 1 TV" kanalı dünən yayımlanan ikinci yarımfinalda Ukraynanı təmsil edən Jamalanın ifası zamanı efiri kəsib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda xəbəri "Facebook"da "Eurovision Turkey" səhifəsi yayıb. Yayım Jamalanın mahnısının nəqarətində Krım türkcəsində oxuduğu zaman dayanıb və yalnız Norveç təmsilçisi səhnəyə çıxandan sonra bərpa olunub. Bu isə Avropa Yayım Birliyinin (EBU) qaydalarına ziddir.​

Qeyd edək ki, əsl adı Suzana Camaləddinova olan Camalənin (Jamala) mahnısının mövzusu səhnədə Krım tatarlarının 1944-cü ildə Orta Asiyaya deportasiyasından bəhs edir. Mahnı ingiliscə olsa da, xor tatarca səsləndirilib. Jamalanın atası tatar, anası isə ermənidir.

Məlumat üçün bildirək ki, ermənilər birinci yarımfinalda da qaydaları pozaraq yayım zamanı "Qondarma Dağlıq Qarabağ respublikası"nın bayrağını qaldırmışdılar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm