ATV-nin aparıcısı komplekslərindən danışdı
Bizi izləyin

Magazin1

ATV-nin aparıcısı komplekslərindən danışdı

ATV-nin aparıcısı Vüsalə Kərimova komplekslərindən danışıb.

Publika.az xəbər verir ki, aparıcı xanım komplekslərindən xilas olmaq üçün həkimə də müraciət etməli olub: “Həmişə mənə elə gəlib ki, sağ yanağım sol yanağımdan böyükdür. Buna görə də efirdə sol tərəfdən görünmək istəyirəm. Maraqlananda mənə dedilər ki, ola bilər bu dişindəndir. Çünki sol tərəfdə olan ağıl dişimi çəkdirmişdim, sağ tərəfdəki qalmışdı. Çox əziyyətlə o dişimi çəkdirdim, amma sonradan gördüm ki, yox, bununla da problem həll olunmur”.

V.Kərimova plastik əməliyyatlara da münasibət bildirib. Hələ ki, plastik əməliyyat etdirmədiyini deyən aparıcı gələcəkdə ehtiyac olarsa, bu addımı atacağını da deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm