Kənan M.M: “Mənə narkoman deyiblər” – ETİRAF
Bizi izləyin

Magazin1

Kənan M.M: “Mənə narkoman deyiblər” – ETİRAF

Bu gün tanınmış rejissor Kənan M.M. doğum gününü qeyd edir.

Publika.az xəbər verir ki, 40 yaşını tamamlayan Kənan təəssüratını sosial şəbəkədə belə ifadə edib: “17 May 1976-cı ildə Naxçıvan şəhərində Mahmudovlar ailəsində qara bir oğlan dünyaya gəlir. Adını Kənan qoyurlar, sonra Kənan M.M. olur. Mən özümü Azərbaycan vətəndaşı hiss etdiyim gündən bu millətə, bu xalqa, vətənimə və ailəmə layiq olmağa calışmışam. Bunu nə qədər bacardığımı bilmirəm. Amma həmişə həyatımı normal yaşamağa çalışmışam. Bəlkə də haçansa qəlb qırmışam, kobud olmuşam, amma daxilimdəki həqiqəti bir mən, bir də məni Yaradan bilir... Bəzən haqqımda olar-olmaz şeylər yazıblar, bəzən jurnalistlər məni çox ucaldıblar, bəzən qəlbimi qırıblar. Mənə narkoman deyiblər, haqlı olduğum halda, qəlb qırmamaq üçün susmuşam. İlk olaraq ailəmi, sonra sənətimi düşünərək hərəkət etmişəm. Televiziya kanallarının qarşısında işsiz, boynubükük qalmışam, vaz keçməmişəm. Bəzən paylaşdığım şəkillərin altına sanki özəl həyatda məni lap yaxından tanıyırmış kimi tənqid və təhqir ediblər. Mən isə hər şeyi, hər kəsi olduğu kimi qəbul eləmişəm. Əziz xalqım, siz də məni bu 15 ildə olduğum kimi qəbul elədiyiniz üçün hər kəsin qarşısında baş əyirəm. Allahıma şükürlər olsun ki, 40 yaşımda yenə də sizinləyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm