Azərbaycanlı münsiflərin verdiyi ballar – AÇIQLAMA
Bizi izləyin

Magazin1

Azərbaycanlı münsiflərin verdiyi ballar – AÇIQLAMA

Stokholmda keçirilən “Eurovison 2016” mahnı müsabiqəsində azərbaycanlı münsiflər heyətinin verdiyi ballar açıqlanıb.

Publika.az xəbər verir ki, “Eurovision 2016” mahnı müsabiqəsinin Azərbaycandan münsif heyətində Gülcöhrə Şəfiyeva, Fərid Əliyev, Təranə Muradova, Nərgiz Cəlilova və Əyyub Quliyev yer alıb. Gülcöhrə Şəfiyeva, Əyyub Quliyev, Fərid Əliyev, Təranə Muradova və Nərgiz Cəlilova finalda 12 bal Rusiya təmsilçisi Sergey Lazarevə, 10 bal Ukrayna təmsilçisi Camalaya, 8 bal isə Bolqarıstan təmsilçisinə veriblər.

Siyahıda Azərbaycan tamaşaçısının səsvermə nəticələri də qeyd edilib: Rusiya – 12 bal, Ukrayna – 10 bal, Bolqarıstan – 8 bal, Macarıstan – 7 bal, İsrail – 6 bal, Malta- 5 bal, Fransa – 4 bal, Polşa – 3 bal, Avstraliya - 2 bal, Gürcüstan – 1 bal.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm