Moskva “Eurovision”üçün Kiyevə kredit verməyəcək
Bizi izləyin

Magazin1

Moskva “Eurovision”üçün Kiyevə kredit verməyəcək

“Eurovision”-un təşkilatçıları müsabiqənin yekunlarına yenidən baxılmasına dair müraciəti müzakirə edəcək.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Eurovision" beynəlxalq musiqi müsabiqəsinin təşkilatçısı, Avropa Yayım birliyi (European Broadcasting Union, EBU) change.org. saytındakı dərc olunmuş Stokholmda final mərhələsinin nəticələrinə yenidən baxılmasına dair müraciəti nəzərdən keçirməyə hazırdır

Avropa Yayım Birliyinin mətbuat katibi Pol Cordan bildirib ki, bu barədə məlumat qurumun saytında yayımlanacaq: "Petisiya olduğunu bilirik və bu məsələ bu gün müzakirə olunacaq, cavab az sonra saytımızda dərc olunacaq".

Məlumat üçün bildirək ki, mayın 15-də dərc edilmiş petisiyanı 200 mindən çox istifadəçi imzalayıb. Müraciətin müəllifi kimi isə İrəvan sakini Arthur Hovhannisyan göstərilib. Petisiyanın mətnində bunlar qeyd edilib: "Biz başa düşürük ki, seçim etmək çətin işdir. Lakin petisiyanı imzalamış insanların sayı göstərir ki, bu ilki müsabiqənin qalibi əslində o olmalı deyildi”.

"Eurovision" finalı mayın 14-də Stokholmda keçirilib. Milli münsiflər heyəti və tamaşaçı səsverməsi nəticəsində ukraynalı müğənni Camala "1944" mahnısı ilə qalib gəldi. Mahnı Böyük Vətən müharibəsi zamanı Krım tatarlarının deportasiyasından bəhs edir. Üçüncü yeri rusiyalı müğənni Sergey Lazarev tutub.

Müsabiqənin qaydalarına görə, qalib ölkə növbəti "Eurovision"-u öz şəhərlərindən birində keçirmək imkanı qazanır. Rusiya və digər ölkələr isə Ukraynanın müsabiqənin təşkili üçün lazimi vəsaiti tapacağına şübhə edir. Rəsmi Kiyev bildirib ki, hakimiyyət büdcə pullarını xərcləmək niyyətində deyil, onlar xarici investorların köməyinə ümid edir. Eyni zamanda Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak vurğulayıb ki, Moskva "Eurovision" üçün Kiyevə kredit verməyəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm