Orxan Zeynallının “Qravitasiya” konserti baş tutdu – FOTOLAR
Bizi izləyin

Magazin1

Orxan Zeynallının “Qravitasiya” konserti baş tutdu – FOTOLAR

Ötən gün Azərbaycanın tanınmış rep-ifaçısı Orxan Zeynallının (Aid) "Qravitasiya" adlı solo konserti baş tutub. Publika.az xəbər verir ki, konsertdə reper yeni albomundakı və digər köhnə mahnılarını canlı orkestrın müşayiəti ilə səsləndirib.

Konsertin aparıcısı Elvin Mərdanov olub. Azərbaycanlı reper PROMETE isə konsertin texniki direktoru olub. Qeyd edək ki, əvvəllər onlar H.O.S.T qrupunun solistləri olub. Konserti tanınmış vokalist Tomris açıb. Onun çıxışından sonra gecənin əsas səbəbkarı olan Orxan Zeynallı tamaşaçıları daha çox intizarda saxlamayaraq gurultulu alqışların sədaları altında səhnəyə çıxıb. Konsert iki mərhələli baş tutub. O.Zeynallı konsertin ilk yarısında ancaq sakit və yeni albomdan olan mahnılarını ifa edib.


Reper çıxışlarından əlavə, pərəstişkarları ilə ünsiyyətə də böyük yer verib. Orxan Zeynallı tamaşaçılara müraciət edərək "Dostlar, mən rep oxuyacağam, siz isə nəqarətləri səsləndirin, çünki mən tək oxumağı sevmirəm” deyə bildirib. Tamaşaçılarla tez-tez zarafat edən ifaçı həmçinin onu da bildirib ki, səhnədə qeyri-ciddi görünə bilər, amma o mahnıların mətnlərinin yazılması zamanı çox ciddi olur.

O, konsertdə nəinki yeni kompozisiyalarını ifa edib, həm də qonaqlarına nostalji anlar yaşadıb. Belə ki, konsertin ikinci yarısında Orxan Zeynallı ən çox sevilən köhnə mahnılarını da yada salıb. Tamaşaçılar bu mahnılara biganə qalmayıb reperin sevilən hitlərini onunla birlikdə ayaqüstə oxuyublar. Reper məhəbbət haqqında yazılmış köhnə mahnılarını oxuyanda çoxlarının göz yaşlarına hakim ola bilməməsi də diqqətdən qaçmayıb.

Konsertdə reper pərəstişkarlarını yeni klipi ilə sevindirib. Gecənin qonaqları aktyor və teleaparıcı Şəhriyar Əbilov, Xose Bernardo, Fərda və Elmir olub. Sonda isə Orxan Zeynallının "Qravitasiya" adlı albomunun təqdimatı keçirilib, daha sonra reper pərəstişkarlarına avtoqraf paylayıb.

Aytən

Fotolar: Elçin Quliyev və Vüsal Orucov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm