Magazin1
Natəvan Həbibi doğum gününü belə qeyd etdi – FOTOLAR
Dünən müğənni Natəvan Həbibi Bakının əyləncə mərkəzlərindən birində doğum gününü qeyd edib. 34 yaşını dostlarının və doğmalarının əhatəsində keçirən ifaçıya çoxlu sayda hədiyyələr verilib.
Publika.az xəbər verir ki, müğənni yaşı ilə bağlı heç bir kompleks yaşamadığını, hər yaşın öz gözəlliyi olduğunu söyləyib: “Qocalmaqdan qorxmuram, bunu özümə dərd etmirəm. Allahın verdiyi ömrü mənalı və maraqlı yaşamaq istəyirəm. Təki hamıya gözəl qocalmaq nəsib olsun”.
İfaçı doğum gününə ən yaxın dostlarını dəvət etdiyini deyib: “Bəzən deyirlər ki, şou-biznes nümayəndələri dostluq edə bilmir. Sənətçi dostlarım bu xoş gündə məni tək qoymadılar, çox sağ olsunlar ki, dəvətimi yerə salmayıb gəliblər. Bu isə bir daha onu sübut edir ki, şou əhli dostluq etməyi bacarır. Əgər kimsə dostu olmadığını deyirsə, deməli, həmin adam özü dostluq etməyi bacarmır. Əminliklə deyə bilərəm ki, şəxsən mən çox yaxşı dostam, həmçinin öz dostlarımdan da razıyam”.
Mərasimdə İlqar Muradov, Vaqif Gərəyzadə, Sevda Yahyayeva, Nura Suri, Ədalət Şükürov, Nadir Qafarzadə, Elnur Məmmədov, Saidə Sultan, Samir Cavadzadə, Tünzalə Ağayeva, Rəqqasə Fatimə və digər məşhurlar iştirak edib. Müğənninin doğum günü şənliyi maraqlı məqamlarla yadda qalıb. Natəvan Həbibi üçün ən xoş sürprizlərdən biri doğum günü mərasimində ona Dağıstanın əməkdar artisti adı verilməsi olub.
Aytən
Fotolar müəllifindir
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ