Elnarə həyat yoldaşından nələr dedi?
Bizi izləyin

Magazin1

Elnarə həyat yoldaşından nələr dedi?

Əməkdar artist Elnarə Abdullayeva şəxsi həyatından danışıb.

Publika.az xəbər verir ki, müğənni ATV-nin “Bir sevgi tarixçəsi” verilişində həyat yoldaşına olan səmimi duyğularını dilə gətirib: “Həytımda səhhətimlə bağlı on il çətinlik yaşamışam. Bilməmişəm yaşayıram, ya yox. Hətta danışmağa belə taqətim olmurdu. Uşaqlara da həyat yoldaşım Elxan baxırdı. Amma heç vaxt söz-söhbət yaratmadı. Hansı ki, cavan ailəydik, narazılıqlar ola bilərdi. Xasiyyətcə də çox çılğınam. Özümdən tez-tez çıxıram. Amma bir dəfə də olsun Elxan buna görə dava eləməyib. Buna görə də deyirəm Elxan, nə vaxt istəsən, sənə görə sənətdən uzaqlaşa bilərəm. Çünki o mənim sənətimə çox dəyər verib, mənə mane olmayıb”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm