Səidə Sultan sirrini açdı: “O hadisədən sonra...” - FOTOLAR
Bizi izləyin

Magazin1

Səidə Sultan sirrini açdı: “O hadisədən sonra...” - FOTOLAR

Müğənni Səidə Sultan bir daha aparıcılıq etməyəcəyini deyib.

Publika.az xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə yaşanan hadisələrdən, xüsusi ilə canlı yayımda dekoltesi aşağı düşüb və sinəsi göründükdən sonra aparıcılığa son qoyduğunu deyib:

“Baş verənlər mənə çox pis təsir etdi. Məni sevməyən insanlar bu məsələni çox şişirtdi. Yüksək reytinq yığmağımıza baxmayaraq, həmin insanlar verilişin bağlanması üçün hər yerə müraciət etdilər və sonda istəklərinə nail oldular. Əslində, bu hadisə hər aparıcının başına gələ bilərdi. Ümumiyyətlə canlı yayımda gözlənilməzliklərə hazır olmaq lazımdır. Qərar verdim ki, daha aparıcılıq etməyim. Mənim işim oxumaqdır, başqa sahədə özümü sınamaq istəmirəm”.

Səidə Sultan həmkarı Niyamla sevgili olduğu barədə yayılan şayiələrə də aydınlıq gətirib:

“Niyam mənim dostumdur. Hazırda həyatımda heç kim yoxdur. Sevgi təklifləri çox gəlir, yanlış seçim etmək istəmədiyim üçün düşünürəm”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm