• USD 1,7001 0,00% EUR 2,0116 +0,66%
    • GBP 2,2843 +0,83% RUB 0,0290 +1,03%

37 yaşı tamam olan Rəqsanədən cəsarətli FOTOLAR

  • Magazin1
  • 25 May 2016 13:45
  • 2 155 Baxış
37 yaşı tamam olan Rəqsanədən cəsarətli FOTOLAR

Bu gün müğənni Rəqsanə İsmayılovanın doğum günüdür.

Publika.az xəbər verir ki, bu gün müğənninin 37 yaşı tamam olur. Ad günü ərəfəsində R.İsmayılova cəsarətli fotosessiya etdirib. Fotosessiya üçün Rəqsanənin imici üzərində əcnəbi stilistlər çalışıb, geyimlərin müəllifi isə müğənninin modelyer qızı Aysundur.

Müğənni doğum günü münasibəti ilə ürək sözlərini yazıb: “Bu illər ərzində çox yıxılıb-durmuşam, çox əziyyətlər görmüşəm. Buna baxmayaraq, hər günümə şükür edirəm. Allah məni bütün sınaqlardan üzüağ çıxartdı. O, mənə ayaqda sağlam dayana bilmək üçün güc verdi. Ən əsası isə Allah mənə güclü səs verdiyi üçün böyük və xoşbəxt insanam. Bu səsin sayəsində xalqımın sevimli Rəqsanəsi oldum. Heç zaman heç kimə yuxarıdan aşağı baxmadım, baxmaram da... Çünki məni Rəqsanə edən siz tamaşaçılardır. Nə yaxşı varsınız! Ailəm və iki gözəl balam olduğu üçün də özümü xoşbəxt hesab edirəm. Məni təbrik edən hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm. Çox sağ olun, var olun! Allahım bu günləri bizə çox görməsin!”

R.İsmayılova 1979-cu ildə Goranboy rayonunun Muzdurlar kəndində anadan olub. Müğənnilik fəaliyyətinə 2002-ci ildən başlayıb. İfaçılığa Rusiyanın Moskva şəhərində başlayan Rəqsanə daha sonra vətənə qayıdaraq sənətini Bakıda davam etdirib. “Bivəfa”, “O bilər, mən bilərəm”, “Mən səni görmək istəsəm hara gəlim?”, “Yuxumda”, “Payız” kimi mahnılar səsləndirib.

Fidan

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>