Tünzalə Ağayeva Yaşıl Teatrda “İmza” atdı – FOTOLAR/VİDEOLAR
Bizi izləyin

Magazin1

Tünzalə Ağayeva Yaşıl Teatrda “İmza” atdı – FOTOLAR/VİDEOLAR

Dünən Yaşıl Teatrda əməkdar artist Tünzalə Ağayevanın konserti baş tutub.

Publika.az xəbər verir ki, Tünzalə Ağayeva “İmza” adlı solo konsert proqramı ilə çıxış edib. İfaçını “Hicaz” qrupu müşayiət edib.

Əməkdar artist konserti “Hər şey yaxşı olacaq” mahnısı ilə açıb. Müğənni ilk ifasından sonra tamaşaçılarını salamlayıb, gələn qonaqlara öz təşəkkürlərini bildirib: “Gözlədiyim gün nəhayət ki, gəldi! Çox xoşbəxt və həyəcanlıyam. İnanıram ki, bugünkü "İmza" adlı solo konsertimdə sizinlə bərabər gözəl və unudulmaz anlar yaşayacağıq! Sizi çox sevirəm və inanıram ki, inşallah bu gün hər şey yaxşı olacaq!” T.Ağayeva daha sonra sevilən mahnılarını səsləndirib.

Konsertin maraqlı məqamlarından biri də məşhur müğənni İnqridin Tünzalə Ağayeva ilə birlikdə “Sarı gəlin” mahnısını ifa etməsi olub.

Qeyd edək ki, ifaçı gecədə modelyer Gülnarə Xəlilovanın hazırladığı libasla səhnəyə çıxıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm