• USD 1,7001 0,00% EUR 2,0087 +0,12%
    • GBP 2,2277 -0,86% RUB 0,0296 0,00%

Habil Əliyevin doğum günüdür – VİDEO

  • Magazin1
  • 28 May 2016 12:57
  • 467 Baxış
Habil Əliyevin doğum günüdür – VİDEO

Mayın 28-i xalq artisti, ustad sənətkar Habil Əliyevin doğum günüdür.

Publika.az xəbər verir ki, Habil Əliyev 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmayıb. Bəstəkar Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asıb və çox razı qalıblar. Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança ifaçısı kimi fəaliyyətə göstərib.

Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnib, daha səylə çalışıb, saatlarla məşqdən yorulmayıb.

Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və başqa ölkələrdə qastrol səfərlərində olub.

Ustad sənətkar virtuouz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.

Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

Sənətkar 2015-ci il sentyabrın 8-də dünyasını dəyişib.

Cəvahir

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>