Magazin1
Oksana Hindistandan qayıtdı: “Kaş təkəbbürlü olaydım”
Hindistandan yeni qayıdan rəqqasə Oksana Rəsulova pərəstişkarları ilə görüşüb.
Bol-bol foto çəkdirib avtoqraf paylayan rəqqasənin görüşünə fanatları ilə yanaşı tələbələri və media nümayəndələri gəlib.
Təəssüratlarını Musavat.com ilə bölüşən rəqqasə bildirib ki, Azərbaycan üçün çox darıxıb: “Hindistandan yeni qayıtmışam, vətənim üçün çox darıxmışam. Orada olanda pərəstişkarlarım tez-tez mənimlə maraqlanırdı. Onlar məni sevir və dəyər verirlər. Mən də onlara qarşı eyni hisləri bəsləyirəm. Ona görə, vətənə qayıdan kimi görüşmək qərarına gəldim. Mən fanatlarımla 2-3 ay fasilələrlə bir yerə toplaşırıq, söhbət edib foto çəkdiririk. İnsanlarla ünsiyyətdə olmağı sevirəm, təkəbbürlü insan deyiləm. Hərdən fikirləşirəm ki, kaş, təkəbbürlü olaydım. Bəlkə o zaman hər şey fərqli olardı. Amma mən elə şeyləri bacarmıram. İnsanlara xoş niyyətlə, sevgi ilə yanaşıram. əvəzini də artıqlaması ilə görürəm, bu mənə hər şeydən vacibdir”.
Oksana vaxt azlığından da şikayət edib: “Hindistanda yeni filmin hazırlıqları başlayıb. Çox gözəl obrazım var.
Hazırda digər işlər görüldüyü üçün bizə bir aylıq icazə veriblər. Mən də Azərbaycana gəldim. Lakin bütün günü çəkilişdəyəm. Vaxt çatdırmıram”.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR