“Getsin nə işlə istəyir məşğul olsun” – Teatrdan cavab
Bizi izləyin

Magazin1

“Getsin nə işlə istəyir məşğul olsun” – Teatrdan cavab

Akademik Milli Dram Teatrının mətbuat xidmətininin rəhbəri Cavid Zeynallı aktyor Ayşad Məmmədovun taksi sürücüsü kimi fəaliyyət göstərməsi barədə yayılan xəbərə münasibət bildirib.

Publika.az-a açıqlama verən C. Zeynallı bu barədə məlumatsız olduğunu bildirib:

“Birinci dəfədir ki, Ayşad Məmmədovun taksi sürücüsü işlədiyini eşidirəm. Əslində aktyor məşqinə gəlib, tamaşasını oynayandan sonra müstəqil olur. Boş vaxtında, işdən sonra, bayram günlərində istədiyi işlə məşğul ola bilər. Bizdə də aktyorlar məşqlərini edib, tamaşalarını oynayandan sonra filmə də çəkilir, dublyaja da gedir, tamadalıq da edir. Ayşad müəllim də istədiyi işlə məşğul ola bilər, işdən sonra getsin nə işlə istəyir məşğul olsun, onun haqqıdır. Amma mən onun taksi sürücüsü işlədiyini eşitməmişəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm