Həyat yoldaşını ayağa qaldıran həkim dünyasını dəyişdi - AİLƏ FACİƏSİ
Bizi izləyin

Magazin1

Həyat yoldaşını ayağa qaldıran həkim dünyasını dəyişdi - AİLƏ FACİƏSİ

Bir müddət öncə ağır yol qəzası keçirən əməkdar incəsənət xadimi Aydın Dadaşovunun ailəsində faciə baş verib.

Publika.az xəbər verir ki, qəzada ayaqları zədələnən Aydın Dadaşov uzun müddət hərəkət qabiliyyətini itirib və gips çıxarıldıqdan sonra da ayaq üstə dura bilmirmiş. İxtisasca həkim həyat yoldaşı uzun çabadan sonra bu çətin anlarında onun müalicəsi ilə özü məşğul olmaqla Aydın Dadaşovun ayağa qalxmasına nail olur. Lakin gecə-gündüz Aydın müəllimin qayğısını çəkən həyat yoldaşı bunun səfasını çəkə bilmir... Çünki Aydın Dadaşov ilk ayağa qalxdığı gün həyat yoldaşını dəfn etməyə yollanır. Qəfil ölüm onları bir-birindən ayırır.

Dövlət Mükafatı laureatı, kinodramaturq, rejissor Aydın Dadaşov filologiya elmləri doktoru, professor və tanınmış ziyalılarımızdandır. Baş vermiş faciə ona böyük mənəvi zərbə olub. Həmişə müxtəlif dramaturji situasiyaları ustalıqla təhlil edən Aydın müəllim indi taleyin qəribə qisməti ilə üzləşdi.

Allah rəhmət eləsin!

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm