İlhamə Quliyevanın oğlundan ŞOK SÖZLƏR: “Anamı…”
Bizi izləyin

Magazin1

İlhamə Quliyevanın oğlundan ŞOK SÖZLƏR: “Anamı…”

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov artıq onun üçün heç nəyin əhəmiyyət daşımadığını deyib.

Publika.az-a açıqlama verən O.Nadirov Mehriban Hüseynovanın da həbsdən qurtulmasının onun üçün hansısa əhəmiyyət kəsb etmədiyini bildirib: “O da xanımdır, niyə dörd divar arasında yatsın? Mənim heç kimlə düşmənçiliyim yoxdur. Nə dəyişəcək ki? Onsuz da anamı heç kim diriltməyəcək. Bilsəm ki, onu kimsə həyata qaytaracaq, onda kiminləsə düşmənçilik də etmək olardı. Amma artıq mənim üçün heç nəyin əhəmiyyəti yoxdur”.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə mərhum İ.Quliyevanın oğlu Orxan Nadirov ifadə verərək M.Hüseynova ilə heç bir düşmənçiliyinin olmadığını deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm