Tanınmış rejissor: “Sevdiyim kişi ilə birlikdəyəm”
Bizi izləyin

Magazin1

Tanınmış rejissor: “Sevdiyim kişi ilə birlikdəyəm”

Rəfiqələrim hərdən mənə deyirlər ki, nənə olsan, kompleksə düşməyəcəksən ki? Deyirəm, vallah yox, əksinə belə cavan nənə olacağam

Tanınmış rejissor, klipmeyker, əməkdar incəsənət xadimi Ülviyyə Könülün doğum günüdür.

44 yaşını tamamlayan Ü.Könül təəssüratlarını Publika.az-la bölüşüb:

“Yaş üstünə yaş gəlir, amma mənim üçün yaş sadəcə bir rəqəmdir. Özümü xoşbəxt hiss edirəm. Uzun illər idi ki, şəxsi həyatımda boşluq vardı, nəhayət, bu il həyatımın sevgisini tapdım. Hər bir qadına ikinci yarını tapmağı arzulayıram. Çünki nə qədər uğur, karyera olsa da, qadın şəxsi həyatında xoşbəxt olmasa, ona çətin olur. Sevdiyim kişi ilə birlikdəyəm. Sevgi insanı həm cavanlaşdırır, həm də gözəlləşdirir”.

Rejissor ilk hədiyyəni də qızından və sevdiyi kişidən aldığını deyib.

Sevimli güllər və ətirlər bağışlanan Ülviyyə Könül doğum gününü sevdiyi insanların əhatəsində keçirəcək:

“Xaricdə yaşayan qızım da Bakıya gəlib. O, mənim uğur böcəyimdir. Adını soyadım kimi qəbul etmişəm, həmişə də mənə uğur gətirib. Ayağı da düşərlidir. Bakıya gələn gün əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olundum. Onunla bərabər doğum günümü qeyd edəcəyik. Rəfiqələrim hərdən mənə deyirlər ki, nənə olsan, kompleksə düşməyəcəksən ki? Deyirəm, vallah yox, əksinə belə cavan nənə olacağam”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm