Azərbaycanlı məşhurun qızı əcnəbiyə nişanlandı - ÖZƏL - FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanlı məşhurun qızı əcnəbiyə nişanlandı - ÖZƏL - FOTOLAR

“Qızımla gələcək kürəkənim Türkiyədə bərabər təhsil alıblar.

Əməkdar incəsənət xadimi, tanınmış rejissor və klipmeyker Ülviyyə Könülün qızı nişanlanıb.

Publika.az-ın əldə etdiyi xəbərə görə, rejissorun qızı türk vətəndaşı ilə ulduzlarını birləşdirib.

Xəbəri təsdiqləyən Ü.Könül qızının nişanlısı ilə tələbə yoldaşı olduğunu deyib:

“Qızımla gələcək kürəkənim Türkiyədə bərabər təhsil alıblar. Oğlan ixtisasca filoloqdur. Çoxdan idi ki, bir-birlərini tanıyıb, sevirdilər. Elçi gəldilər, verdim. Qızımın seçimində yanılmayacağını dəqiq bilirəm. Toy mərasimi həm Bakıda, həm də Türkiyədə baş tutacaq. Biz toyu avqustda planlaşdırmışıq”.

Qeyd edək ki, rejissorun qızı Könül uzun illərdir ki, xarici ölkələrdə yaşayıb.. Əvvəlcə Amerikada, sonra isə Türkiyədə təhsil alıb. Bir neçə ixtisasa yiyələnib. Piyar meneceri kimi çalışan Könülün 24 yaşı var.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm