Milyarderin qohumundan azərbaycanlı sənətçiyə doğum günü HƏDİYYƏSİ
Bizi izləyin

Magazin1

Milyarderin qohumundan azərbaycanlı sənətçiyə doğum günü HƏDİYYƏSİ

Müğənni Xəyyam Nisanov sosial şəbəkədə sənət dostu, 35 yaşını tamamlayan Aşıq Samirənin doğum gününü təbrik edib.

Müğənni Xəyyam Nisanov sosial şəbəkədə sənət dostu, 35 yaşını tamamlayan Aşıq Samirənin doğum gününü təbrik edib.

Publika.az xəbər verir ki, məşhur milyarder Qod Nisanovun qohumu olan Xəyyam Samirəninin fotosunu paylaşıb və onu belə tərif edib:

“Hər zaman adın gələndə, mən söyləyirəm - Bizim Samirə. Çünki sən doğrudan da, mənə doğmasan, əzizsən.

Ad günün mübarək. Sənin haqqında daha çox danışa bilərəm. Amma onu deyim ki, əsl dost qədrini bilən gözəl insan, güclü pərəstişkarsan. Gözəl balaların var, Allah saxlasın. Sənə cansağlığı arzulayıram”.

Qeyd edək ki, uzun illər əvvəl Aşıq Samirənin səhhətində ciddi problemlər yaranmışdı. Xərçəng diaqnozu qoyulan Samirə məhz Xəyyam Nisanovun köməkliyi sayəsində İsrailə gedərək müalicə olunub, sağalmışdı.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm