Xəstə sənətçiyə nazirlik sahib çıxdı
Bizi izləyin

Magazin1

Xəstə sənətçiyə nazirlik sahib çıxdı

Qaraciyər serrozundan əziyyət çəkən Aşıq Azərə donor tapılıb.

Qaraciyər serrozundan əziyyət çəkən Aşıq Azərə donor tapılıb.

Sənətçi Publika.az-a açıqlamasında tezliklə əməliyyat olunacağını bildirib:

“Sağ olsun, millət vəkili Qənirə Paşayevanın köməkliyi sayəsində əməliyyat olunacam. O Səhiyyə Nazirliyinə müraciət elədi və nazirlik bütün xərclərimi üzərinə götürdü. Donor da tapılıb. Tez bir vaxtda əməliyyat olunacam”.

Qeyd edək ki, amansız xəstəliklə mübarizə aparan Aşıq Azər İran və Türkiyədə müalicə olunub. Həkimlər bildirib ki, ona təcili qaraciyər köçürülməlidir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm