Magazin1
Space TV-nin qalmaqallı verilişi bağlandı - “Mövzu qıtlığından...”
"Space"televiziyasında yayımlanan “Bu, maraqlıdır” verilişi bağlanıb.
Bu haqda “Qafqazinfo”ya kanaldan məlumat daxil olub. "Space" TV-nin sözügedən verilişlə bağlı açıqlamasını təqdim edirik:
“Yeni mövsümdə kanalda “Bu, maraqlıdır” adlı musiqili-əyləncəli proqram hazırlanmışdı.
Aktrisa Ülviyyə Əliyeva və Ramiz Alışovun aparıcılığı ilə bu veriliş ilk buraxılışlarında qeyri-adi qabiliyyətə malik olan insanları proqrama cəlb edirdi. Və doğrudan da bu, maraqlı idi. Sonuncu verilişdə çox guman ki, mövzu qıtlığından müəyyən zövqsüzlüyə yol verilmişdi. Televiziya rəhbərliyi bu halın tendensiya xarakteri daşımaması üçün “Bu, maraqlıdır” verilişinin bağlanması haqqında qərar qəbul edib”.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov açıqlamasında “Bu maraqlıdır” verilişində baş verənləri efirin toyxanaya çevrilməsi kimi təqdim etmişdi: “Bu tipli verilişlər xüsusilə “Space”də çoxdur. Hər dəfə bu mövzuda irad bildirəndə, yayımçılar, o cümlədən “Space”, reytinqi bəhanə gətirir. Teleradio məkanımızda bu mövsüm ciddi reytinq yarışı hiss olunur. Bunun da fəsadları göz önündədir”.
-
Magazin122:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin122:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə