ATV-nin aparıcısı açıb-tökdü: “Qayınanadan çəkmişəm”
Bizi izləyin

Magazin1

ATV-nin aparıcısı açıb-tökdü: “Qayınanadan çəkmişəm”

"Qoymaram mənə görə narahatlıq hissi keçirsin”.

ATV-də yayımlanan “5 gəlin” proqramının aparıcısı Mətanət Əliverdiyeva oğlanları ilə bağlı maraqlı açıqlama verib.

Publika.az-a danışan aparıcı heç vaxt oğlanlarının seçiminə qarışmayacağını bildirib:

“Böyük oğlum Oqtayın 25 yaşı var, evlənmək vaxtıdır. Amma deyir ki, özümün hər şeyim olmayınca evlənmərəm. Mən heç vaxt onun seçiminə qarışmayacam. Deməyəcəm ki, filan qızı al, ya alma. Bəzi analar var ki, oğluna qohum qız alır. Qohumda heç qız da yoxdur, həm də Oqtay qohum qız almaz. Heç vaxt gəlinimlə bir evdə yaşamaram. Ayrıca evi olsun, azad yaşasın. Çünki özüm qayınanadan çəkmişəm. Heç ana ilə balanın sözü bir-birinin boğazından keçmir, onda qalmış qayınana. Qoymaram gəlinim qayınanasına - yəni mənə görə narahatlıq hissi keçirsin”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm