Heç kimin tanımadığı yeni "Eurovision" təmsilçimiz haqqında maraqlı məlumatlar
Bizi izləyin

Magazin1

Heç kimin tanımadığı yeni "Eurovision" təmsilçimiz haqqında maraqlı məlumatlar

Xəbər verdiyimiz kimi, bu gün “Eurovision-2017" mahnı müsabiqəsi ilə bağlı münsiflər heyətinin iclası nəticəsində Azərbaycanı Diana Haciyevanın təmsil edəcəyi məlum olub.

Publika.az xəbər verir ki, Diananın yaradıcılıq fəaliyyəti bəzilərinə sosial şəbəkələrdən tanış olsa da, çoxları onu müğənni kimi tanımır. Biz ifaçının bioqrafiyası haqqında maraqlı məlumatları təqdim edirik.

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub. Fortepiano dərsləri alıb və caz musiqisi ilə maraqlanıb. Həmçinin “Bəri bax” və "Qaya" musiqi kollektivində çalışıb. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirib. Bundan sonra Bakı Musiqi Akademiyasına daxil olub. O, burada "Xor dirijorluğu" peşəsinə yiyələnib. Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlayıb. Hazırda Bakı Caz Mərkəzində çalışır.

2010-cu ildə Diana Hacıyeva “Eurovision 2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılıb. Təsnifatı keçən Diana 77 iştirakçının yer aldığı yarım finallarda 6-cı yarimfinalda yer alıb. Lakin Diana Hacıyeva sonda 7 xal toplaya bilib və qrupda 4-üncü yerlə kifayətlənməli olub.

2011-ci ildə isə Diana Hacıyevanın “Find Yourself” adlı debüt klipi çəkilib.

Diana Hacıyevanın 2 yaşında bir qızı var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm