• USD 1,8045 +0,99% EUR 1,9201 +1,26%
    • GBP 2,1795 +1,38% RUB 0,0302 +0,66%

Flora Kərimovaya qoyulan qadağa: Məşhurlar nə düşünür? - SORĞU

  • Magazin1
  • 11 Yanvar 2017 20:46
  • 2 510 Baxış
Flora Kərimovaya qoyulan qadağa: Məşhurlar nə düşünür? - SORĞU

Yerli telekanallar Flora Kərimovaya qadağa qoyub.

Publika.az xəbər verir ki, xalq artisti bu sifarişin Zeynəb Xanlarova tərəfindən gəldiyini bildirib:

"Zeynəb Xanlarova məndən uşaq kimi şikayət edib. Cürəti çatmır ki, mənimlə danışsın, suallarıma cavab versin, kişi kimi mənimlə döyüşsün. Amma əlaltı məndən ora bura şikayət edir".

İstiPress yerli telekanalların bir xalq artistinə qadağa qoyulması məsələsi ilə bağlı bir sıra mədəniyyət işçiləri ilə bağlı sorğu keçirib.

Mələkxanım Eyyubova: "Məni rahat buraxın. Mən heç birinin işinə qarışmıram. Mənə sənətimlə bağlı sual verin".

Zöhrə Abdullayeva: "Mən heç nə bilmirəm. Bu haqda heç nə eşitməmişəm. Mənim bu iki dahi sənətkar haqda fikir söyləməyə səlahiyyətim çatmır".

Aybəniz Haşımova: "Xəbərim yoxdur. Bütün günü dərslərdəyəm. Bəlkə yalan məlumatdır. Ola bilsin Flora xanıma yalan məlumat veriblər. O, xalqımızın dəyərli sənətkarıdır. Ona heç kəs qadağa qoymaz. Bunu ara vuranlar yalan məlumat verə bilər. Mən belə xəbərə inanmıram".

Bilal Əliyev: "Mənim heç nədən xəbərim yoxdur. Mən namaz üstündə idim. Məni namazdan ayırdınız. Siz ümumiyyətlə belə söhbətə məni niyə qatırsınız? Mənə sənətimlə bağlı sual verin. Məni camaatla üz-üzə qoymaq istəyirsiniz? Mən onların işinə qarışa bilmərəm. Özləri öz işlərini bilirlər".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR