Könül Kərimova efirdə ağladı - - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Könül Kərimova efirdə ağladı - - FOTO/VİDEO

Ən yaxşı günlərimə az qalmışdı, mən onu itirdim.

ARB TV- də yayımlanan "Gəlin Danışaq" proqramının növbəti qonağı qonağı müğənni Könül Kərimova olub.

Publika.az xəbər verir ki, müğənni atasıyla bağlı xatirələrdən danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Atam mənim yaxşı günlərimi görmədi. Çox istəyirdim ki, onun qulluğunda durum. Özü də elə bir adi xəstəlikdən getdi ki, bu gün üç adamdan biri o xəstəliyi çəkir. Bir dəfə yüngül, mikroinfarkt keçirib, 2 aydan sonra dünyasını dəyişdi. Bu gün çox adi bir şeydir. 2 gün qalmışdı. Mən hiss elədim ki, artıq gedəcək. Gəlmişdi bizə. Mən də yemək hazırlamışdım. Yağlı yemək demişdilər olmaz. Mən də indiki kimi yadımdadır kələm dolması hazırlamışdım. Qabağına qoydum ki, ürəyincə yesin. Dedi ki, axı bu mənə olmaz. Dedim heç nə olmaz. Üstündən qatıq verərəm. Çünki bilirdim ki, artıq gedəcək. Elə bil ki, ürəyimə dammışdı. 2 günün tamamında artıq xəbər gəldi ki, yoxdur".

Daha sonra sənətçi atasının ölümündən danışdı:

"Payız fəslini heç sevmirəm. Payızda yadıma gəlir ki, atam işə gedib gələndə dəhşətli küləklər olurdu. Nazik bir üst geyimi vardı. Uşaq idim. Deyirdim ki, külək birdən atamı yıxar, soyuq olar. Ən yaxşı günlərimə az qalmışdı, mən onu itirdim. İstədiyim kimi onun qulluğunda dura bilmədim. O, rəhmətə gedəndə təsəvvür edin ki, 1 otaqlı evdə yaşayırdım. Ora bizim həm yataq otağımız, həm qonaq otağımız, həm də mətbəximiz idi. İndi baxıb deyirlər ki, Könül necə alıb bu böyük evi? Bir şeyi dərk edə bilmirəm ki, axı mən gecə-gündüz işləyirəm. Hər əzab-əziyyətə qatlaşmışam ki, mənim çəkdiyim çətinlikləri övladlarım çəkməsin. Bir şəklim var ki, hansı ki hələ də saxlayıram ki, baxanda o günlərim yadımdan çıxmasın. Çox pis şəraitimdə olan şəkildir. Şəkili elə həvəslə çəkirdik ki, elə bilirdik xoşbəxtik. Dərk eləmirdik heç nə. Mən o günləri istəmirəm unudum".

Sonda Könül Kərimova ailəsindən söz açdı:

"Qış olanda elə bilirdim bütün insanlar üşüyür. Ailə quranda deyirdim ki, nə olur-olsun övladım gözün açanda sevinim ki, bizim evimiz var. Son 2 aya qədər mən 2 canlı məclislərə getmişəm. Olub ki, huşumu itirmişəm. Yəni belə dişimlə, dırnağımla bu günlərə gəlmişəm. Xatırlamıram ki, hansısa bir işim asan olsun. Keçmişdən ancaq mən əzab-əziyyətdən danışa bilərəm. O qədər şükür edirəm. Bir neçə şey var ki, o mənə təsir edir. Əlbəttə ki, atam mənim o əzablı günlərimi görmüşdü. Həmişə də ən böyük dəstəkçim o olub. Gecə saat 9 olanda anam deyirdi ki, yatmaq vaxtıdır. İxtiyarımız nə idi bir dəqiqə gecikək. Peçin arasında bir yer var idi. Orada baxanda televizoru görürsən. Ora gedirdik. Atamın gözü sataşdı ki, kimsə baxır. Gördü ki, mənəm. Dedi ki, gəl bura. Dedim qorxuram axı. Qorxma gəl dedi. Anamla mübahisələri düşürdü mənim üstümdə. Deyirdi ki, bu müğənni olacaq. Qoy baxsın konsertə. O biriləri yatsın, bu baxsın".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm