Elzadan ŞOK SÖZLƏR: "İlhaməni bambılı gününə qoyub urvatsız öldürdülər"
Bizi izləyin

Magazin1

Elzadan ŞOK SÖZLƏR: "İlhaməni bambılı gününə qoyub urvatsız öldürdülər"

O boyda baldırlarını qoyub çöldə rəqs də edə bilmir.

Stilist Anarın əməkdar artist Elza Seyidcahanı "zövqsüzlər ikonasının kraliçası" adlandırmasına qarşı tərəfin cavabı özünü çox gözlətməyib.

Publika.az-ın xəbərinə görə, İstiPress-ə açıqlama verən Seyidcahan özünü zövq ikonası hesab etdiyini bildirib:

"Mən popkord deyiləm ki, partlayış edim. Anarın dediyi partlayışı popkorn müğənnilər edə bilər. Mən təlatümlərdəyəm. Mən Afrodita, Nifertiti, Aida, Alla Puqaçova, Zeynəb Xanlarova, Türkan Şoray, Diana Ross kimi bir obrazdayam. Onların stilistləri olmayıb. Onlar kütləni, zövqü arxasınca aparanlardır. Mən təlatüm yaradıram".

Əməkdar artisti stilisti ikiüzlülükdə də ittiham edib: "Anar ancaq işlədiyi adamların adını çəkir ki, onlar zövqlüdür. Bu nə qədər düzgündür? Deməli kim Anarla işləmirsə, hamısı zövqsüzdür? Ancaq Anar unutmasın ki, Elza Seyidcahan toxunulmazdır. Mənə toxunmaq olmaz. Mənə toxunsalar tok vurar onları!".

Elza Seyidcahan əlavə edib ki, Anarı stilist kimi məhz o məhşurlaşdırıb: "Mənim Anara ürəyim ağrıdı ki, o, hələ də partlayışda qalıb. Popkornların yanındadır hələ... İstəmədim dostumu belə görüm. Anarı heç kəs tanımayanda mən onu tanımışam. Anar mənimlə işləyəndən sonra bu popkorn kimi partlayış edənlər Anara müraciət edib. Bir də onu unutmasın ki, Anar mənimlə hər zaman təmənnasız işləyib. Amma partlayış edən popkornları pula görə tərifləyir. Mən hazır obrazam. Mənim hər dəfə salonda bəzənməyə ehtiyacım yoxdur. Mən heç kəsə baxıb geyinməmişəm. Amma popkorn kimi partlayış edənlər, Cennifer Lopez kimi müğənnilər pornoqrafik geyimlərini əyinlərinə geyinib səhnəyə çıxır. Məgər görmürsüz bunu?!".

Əsəbləri soyumayan ifaçı stilistə sual da ünvanlayıb: "Mənə maraqlıdır ki, Anar partlayış deyəndə nəyi nəzərdə tutur? Ümumiyyətlə, hansı partlayışdan danışır? Qoy, bir dəfə də bu haqda danışsın. Anar nə partlayış edib axı? Amma mən aciz insan deyiləm ki, bir sözə görə Anardan küsüm. Qoy böyüklük məndə qalsın. Mən onu bağışlayıram. Anar düz deyib, mən zövqsüzlərin kraliçasiyam. Bəli, mən zövqsüzlərə zövq öyrədirəm. Özü də bilmədən sözün düzünü deyib. Qoy baxıb öyrənsinlər".

Seyidcahan stilistə söz də atıb: "Hadisə Yeni ili Bakıda qeyd etdi. Mən onun geyimindən utandım. Xarici ulduzlar heç olmasa səhnədə rəqs edirlər. Pornorafiyanı öz rəqsləri ilə nümayiş etdirirlər. Hadisə o boyda baldırlarını qoyub çöldə rəqs də edə bilmir. Budur partlayış? Bu, partlayış yox, biabırçılıqdır! Bizim müğənnilər də stilistlərin sözünə qulaq asıb bu kimi partlayış edirlər. Bu uçuruma gedən yoldur. Anarın adlandırdığı partlayış edənlər mənim yanımdan yel olub keçə bilməz!".

Sonda isə Seyidcahan stilist Anara məsləhət verməyi də özünə borc bilib: "Anar müzakirə edəndə baxsın ki, kimi müzakirə edir. Aygün Kazımovanı müzakirə edir. Aygün Kazımovanın müzakirəyə ehtiyacı yoxdur. O, sözünü deyib. Elə sənətkarlarımızı ancaq qorumaq lazımdır. Aygün artıq bütün nəzəriyyəni, estrada, ifa nəzəriyyəsini müğənnilərə verib. Qədrini bilməliyik. Sonra çox gec olur. Belə sənətçilərə toxunmayın. O boyda İlhamə Quliyevanı barmaq-barmaq edib, bambılı gününə qoydular. Urvatsız öldürdülər... Gör Anar kimi kimlərlə müqayisə edir. Onun dediyi sözlər stilist adına yaraşmır. Mən sadəcə özümü aşağı salıb Anara cavab vermərəm. Baxmayaraq ki, deməyə sözüm çoxdur.

Durub deyir ki, Nərgiz Cəlilova... Onun müzakirəyə ehtiyacı var? Anar nə danışdığını özü də bilmir. Nərgiz canlı karifeydir. Günay da gənc həmkarımdır. Bəyənirəm. Üzərində dayanmadan çalışan sənətçidir. Həmçinin Röya. Ard-arda dayanmadan konsertlər verir. Niyə axı sənətçiləri üz-üzə qoyur? Ayıb deyil?

Bütün bunlara baxmayaraq, Anar yenə də mənim dostumdur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm